Qadın voleybolçular arasında CEV kubokunun 2014/2015-ci il mövsümü start götürüb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən “Lokomotiv” ilk oyununu Almaniyada “Rote Raben” kollektivinə qarşı keçirib.
Mübarizəyə 1/16 finaldan başlayan “Lokomotiv” hər üç setdə qalib gəlib (25:17, 26:24 və 25:22). Komandalar arasında cavab oyunu noyabrın 26-da Bakıda olacaq.