Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” komandası Çempionlar Liqası yarışları çərçivəsində növbəti oyununu keçirib.
Oxu.Az-ın məlumatına görə, turnirin üçüncü turunda “Lokomotiv” Azərbaycan Voleybol Mərkəzində Almaniyanın “Alyants Ştutqart” klubunu qəbul edib.
Qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb - 25:18, 25:17, 25:18.
Xatırladaq ki, “A” qrupunda mübarizə aparan “Lokomotiv” ilk görüşdə “Dinamo Kazan”a 1:3 hesabı ilə məğlub olmuş, Bakının digər komandası - “Azərreyl”ə isə 3:1 hesabı ilə qalib gəlmişdi.