Qadınlar arasında voleybol üzrə Super-liqada növbəti matç baş tutub.
Oxu.Az xəbər verir ki, “Lokomotiv” “Gənclik” komandası ilə görüşüb və 3:0 (25:12, 25:23, 25:13) hesabı ilə qalib gəlib.
Bu qələbə sayəsində “Lokomotiv” 6 oyundan sonra 13 xal ilə turnir cədvəlinə liderlik edir.
İkinci yerdə 5 matçdan 8 xal toplayan “Azəryol” komandasıdır.
F.H.
www.oxu.az