Qadınlar arasında voleybol üzrə Superliqanın iki matçı baş tutub.
Oxu.Az xəbər verir ki, “Lokomotiv” “Telekom”a 3:2 (25:20, 15:25, 28:26, 22:25, 16:14) hesabı ilə qalib gəlib. “Azərreyl” isə “Azəryol”u 3:0 (25:21, 25:23, 25:20) hesabı ilə məğlub edib.
“Telekom” keçirdiyi 17 matçdan sonra 38 xal ilə liderlik edir. “Azərreyl” və “Lokomotiv” 16 matç keçirərək 36 və 31 xal toplayıblar.
F.H.