İngiltərənin "Kristal Pelas" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, London təmsilçisi bu posta Tomas Frankı təyin edib.
53 yaşlı danimarkalı mütəxəssislə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb. Frank son olaraq "Tottenhem"i çalışdırıb. O, daha əvvəl "Brentford"da yeddi il fəaliyyət göstərib və komandanı Premyer Liqaya yüksəldib.
Qeyd edək ki, Tomas Frank "Kristal Pelas"da noyabrın 12-də vəzifəsindən ayrılan Pyer Sajı əvəzləyib.
Qaynar xətt:
(055) 224 12 12