Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu FIFA prezidenti postuna namizəd ola bilərdi.
Oxu.Az xəbər verir ki, Fransanın "Foot Mercato" nəşrinin məlumatına görə, UEFA-nın bir sıra rəhbər şəxsləri sabiq futbolçunu Canni İnfantinoya rəqib kimi irəli sürməyi nəzərdən keçiriblər.
Məlumata əsasən, Avropa futbol qurumunun nümayəndələri Fiqunu namizədliyini irəli sürməyə çağırıblar. Lakin onun namizədliyi UEFA daxilində yekdil dəstək qazanmayıb.
Xatırladaq ki, 54 yaşlı portuqaliyalı 2015-ci ildə də FIFA prezidentliyinə namizədliyini irəli sürmüş, lakin seçkiyə 8 gün qalmış mübarizədən çəkilmişdi.
Qeyd edək ki, UEFA sonradan FIFA prezidentliyi uğrunda mübarizədə Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallonu dəstəkləmək qərarına gəlib.