Luka Modriç "Milan"a keçməyin bir addımlığındadır.
Oxu.Az "Repubblica"ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçu "qırmızı-qaralar"a keçməyə razılıq verib.
O, İtaliya nəhəngi ilə 1 illik müqavilə imzalayacaq.
Modriç 13 illik "Real Madrid" karyerasının ardından bu yay komandadan ayrılacaq.
O, sonuncu dəfə Madrid klubunun formasını Klublararası Dünya Çempionatında geyinəcək.