Türkiyə nəhəngi "Qalatasaray"da çıxış edən Lukas Toreyra klubda qalmaq istədiyini bildirib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, ulduz futbolçu "Qalatasaray"da qalmaq istədiyini lakin karyerasını "Boka Xuniors"da bitirmək istədiyini bildirib.
"Qalatasaray" rəsmiləri də Toreyranın performansından razı qaldıqları üçün müqavilə müddətini uzadacaqlarını bildiriblər.
Qeyd edək ki, Lukas Toreyra 2022-ci ildən bu yana "Qalatasaray"ın formasını geyinir. O, daha öncə "Atletiko Madrid", "Arsenal" və "Fiorentina" kimi klubların şərəfini qoruyub.