“Mercedes-Benz” komandasının pilotu Luyis Hamilton Birləşmiş Ərəb Əmirliklərində keçirilən Abu-Dabi Qran-prisini qazanaraq Formula 1 üzrə ikiqat dünya çempionu oldu.
Oxu.Az xəbər verir ki, ikinci yerə Felipe Massa, üçüncü yerə isə Valtteri Botas çıxıb.
Titulun ikinci namizədi – Niko Rosberq isə mövsümün son yarışında texniki problemlər ucbatından 14-cü yeri tutub.
Abu-Dabi Qran-prisindən Lyuis Hamilton 384 xal qazanıb, bu isə Niko Robertsin hesabında olan xallardan 67 xal çoxdur. Mövsümün nəticələrinə görə, Deniel Rikardonun 238 xalı olub.
Qeyd edək ki, dünya şöhrətli pilot Luyis Hamiltonu sevgilisi populyar müğənni Nicole Scherzinger elə finiş xəttini keçən kimi dəbilğədə öpərək qələbə sevincini paylaşıb...
Elvin Əhmədov
www.oxu.az