Almaniyanın II Bundesliqasının "Nürnberq" klubu ilə müqaviləyə xitam verən Mahir Emreli ilə maraqlanan klublar bəlli olub.
Oxu.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycan millisinin hücumçusu Almaniya Bundesliqası və II Bundesliqası klubları ilə danışıqlar aparır.
Mahir Emreli ilə yaxından maraqlanan klublar siyahısında Türkiyə nəhəngi də var.
Belə ki, Türkiyənin "Beşiktaş" klubu futbolçu ilə bu yaxınlarda danışıqlar apara bilər. Mahir Emreli isə karyerasını Almaniyada davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Mahir Emreli rəsmi olaraq mövsümün sonunda "Nürnberq"dən ayrılacaq.
Anar Həsənov