“Bu mövsüm mənim üçün ağır keçdi. Amma buraya yaxşı əhvali-ruhiyyədə gəlmişəm”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.
Forvard meydana uğurlu nəticə üçün çıxacaqlarını bildirib:
“Klubda nə baş verdiyinin millidə əhəmiyyəti yoxdur. Burada var gücünü qoymalısan. Komandaya maksimum kömək etmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan - Estoniya matçı saat 20:00-da başlayacaq.
Faiq Tahirov