Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu, ötən mövsümü “Qarabağ”da keçirmiş Mahir Emrelinin karyerasını Polşada davam etdirəcəyi dəqiqləşib.
23 yaşlı futbolçu gözlənildiyi kimi Polşa çempionu “Legiya”ya transfer olunub.
Artıq sözügedən klub da bu keçidi rəsmi saytı vasitəsi ilə təsdiqləyib. Xəbərdə futbolçunun şənbə günü Polşanın paytaxtı Varşavaya gəldiyi qeyd olunub. Mahirin yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı qeyd olunub.