Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer qiymətində dəyişiklik olub.
Bu barədə transfermarkt.ru portalının rəsmi “Instagram” hesabında məlumat verilib.
24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya (təqribən 3,9 milyon manat) yüksəlib. Beləliklə, forvard Polşa “Ekstraklass”ının (Yüksək Liqa) ən dəyərli futbolçuları sırasında “top 10-luğa” girib.
Emreli və komanda yoldaşı Bartoş Sliş müvafiq olaraq 9 və 10-cu yerləri bölüşürlər.
Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə “3+1 illik” sistemi üzrə müqaviləsi var. Oyunçunun əvvəlki qiyməti 1 milyon avro (təqribən 1,9 milyon manat) olub.
View this post on Instagram
"Polşa" teqi üzrə xəbərlər
- Polşada dövlət çevrilişi cəhdi: Prezident təcili iclas çağırdı - Video
- Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
- Polşada tapılan naməlum uçan aparatın nə olduğu bilindi
- Donald Tuskun qətlinə çağırış edən şəxs həbs olundu
- Almaniyada "Starlink" stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb
Digər xəbərlər