Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo”nun ( Zaqreb ) yeni baş məşqçisi məlum olub.
Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, klubun yeni baş məşqçisi 69 yaşlı Ante Çaçiç olub.
Onunla 2021/2022-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Çaçiç 2015/2017-ci illərdə Xorvatiya millisini çalışdırıb. O zaman Xorvatiya millisi Çaçiçin rəhbərliyi ilə keçirdiyi 25 oyunda 15 qələbə qazanıb, 6 qarşılaşmada məğlub olub, 4 matç isə heç-heçə ilə yekunlaşıb.
14:36
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.
Jelko Kopiç bu barədə Zaqreb təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.
“Son iki il ərzində inkişaf etdik. Uğurlu və keyfiyyətli əməkdaşlığa görə klub rəhbərliyinə, futbolçulara, peşəkar heyətə, məşqçilərə və klubun bütün heyətinə təşəkkür etmək istəyirəm. Futbol məktəbinin direktoru, daha sonra isə əsas komandanın idman direktoru və məşqçisi olduğum ilk gündən klubun tərəqqisini istəyirdim və ümid edirəm ki, müəyyən dərəcədə buna nail oldum. Kluba mövsümü uğurla başa vurmağı və ən əsası titullar qazanmağı arzulayıram”, - 45 yaşlı mütəxəssis “Dinamo”nun saytında dərc olunan açıqlamasında bildirib.
Öz növbəsində “Dinamo” rəhbərliyi də Jelko Kopiçə göstərdiyi xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasının uğurlar arzulayıb.
Mənbə: Gnkdinamo.hr