Futbol üzrə Polşa millisinə “Legia”nın keçmiş baş məşqçisi Çeslav Mixneviç rəhbərlik edəcək.
Bu məlumat Polşa mətbuatında dərc edilib.
Qeyd olunur ki, Polşa Futbol Federasiyasının rəhbəri Sezar Kuleşa məhz 51 yaşlı Çeslav Mixneviç variantının üzərində dayanıb.
Mütəxəssisin təyinatının yanvarın 31-də elan ediləcəyi bildirilir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda məhz Çeslav Mixneviçin rəhbərliyi altında oynayıb.
Çeslav Mixneviç “Legiya”dan 2021-ci ilin oktyabr ayında ayrılıb.
Mənbə: Meczyki