Futbol üzrə Azərbaycan millisinin martda qarşılaşacağı Makedoniya yığmamızdan əvvəl daha bir oyun keçirəcək.
Oxu.Az xəbər verir ki, Balkan təmsilçisinin martın 23-də Antalyada Finlandiya millisi ilə yoxlama oyunu baş tutacaq.
Xatırladaq ki, millimiz Makedoniya ilə martın 27-də qarşılaşacaq. Həmin görüş də Türkiyədə olacaq.
Səbuhi TOFİQOĞLU
www.oxu.az