Keçmiş UFC çempionu Konor Makqreqor İngiltərənin “Çelsi” klubunu almaq istəyir.
Oxu.Az xəbər verir ki, bunu irlandiyalı idmançı “Twitter” səhifəsindəki paylaşımında “whatsapp” yazışmasını göstərib:
“Çelsi” 3 milyard funt sterlinqə satılır. Gəlin alaq”.
I wish to explore this. @ChelseaFC pic.twitter.com/ABEjjCqhD7
— Conor McGregor (@TheNotoriousMMA) March 2, 2022
O, növbəti paylaşımında isə özünün “Çelsi”nin sahibi kimi gördüyünü, futbolçu Meyson Maunt və klubun əvvəlki sahibi Roman Abramoviçlə görüşdüyünü göstərən animasiya video paylaşıb.
Push it to the limit! @ChelseaFC pic.twitter.com/UFZUGwnwbO
— Conor McGregor (@TheNotoriousMMA) March 2, 2022
Qeyd edək ki, 2003-cü ildən “Çelsi”yə rəhbərlik edən Roman Abramoviç dünən açıqlama yayaraq Ukraynadakı vəziyyətlə əlaqədar olaraq klubu satmağa hazır olduğunu deyib.