Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UEFA Avropa Liqası: "Malmö" və "Qalatasaray" sülhə razılaşdılar
UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda "Malmö" doğma meydanda "Qalatasaray"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, matçda qonaqlar iki qol üstünlüyü ilə irəlidə olsalar da, artırılmış dəqiqələrdə meydan sahibləri bərabərliyi təmin edə bilib - 2:2.

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda "Malmö" "Qalatasaray"ı qəbul edir.
Oxu.Az xəbər verir ki, Malmö şəhərində yerləşən "Eleda" stadionunda keçirilən görüşü ingiltərəli hakimlər briqadası idarə edir.
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda "Malmö" doğma meydanda "Qalatasaray"ı qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Malmö şəhərində yerləşən "Eleda" stadionunda keçiriləcək görüşü ingiltərəli hakimlər briqadası idarə edəcək.
Rəqiblər meydana itkilərlə çıxacaqlar.
Belə ki, meydan sahiblərindən Sid Haksabanoviç, Pontus Cansson və Niklas Moysander zədə üzündən komandasına kömək edə bilməyəcək.
Qonaqlarda isə Kaan Ayhan, Mauro İkardi, İsmail Yakobs, Viktor Osimhen və Barış Alper Yılmaz zədə səbəbindən Okan Burukun sərəncamında olmayacaqlar.
Qeyd edək ki, bu rəqiblərin ilk görüşü olacaq.
Yayım Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
"Malmö" - "Qalatasaray" matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- "Qalatasaray" - "Fənərbağça" derbisi, yoxsa sıradan görüş?
- Viktor Osimhen iki həftə yaşıl meydanlardan uzaq qala bilər
- "Trabzonspor"dan "Qalatasaray" və "Fənərbağça" ilə matçlar üçün əcnəbi hakim TƏLƏBİ
- Acun Ilıcalı: "Qalatasaray" rəsmiləri ağlamağa başladılar"
- "Qalatasaray" Mourinyonu UEFA-ya şikayət etdi: İrqçilikdə ittiham edilir