İngiltərə Premyer Liqasında sondan əvvəlki - 37-ci tur çərçivəsində "Mançester Siti" "Bornmut"u qəbul edib.
Oxu.Az xəbər verir ki, bu, "şəhərlilər"in ulduz futbolçusu Kevin De Bruyne üçün doğma arenadakı son matç olub.
Hər iki komanda qarşılaşmanı 10 nəfərlə başa vursa da, sevinən tərəf meydan sahibləri olublar. Qvardiolanın yetirmələri belçikalı yarımmüdafiəçini inamlı qələbə ilə yola salmağı bacarıblar - 3:1.
Xatırladaq ki, De Bruyne 2015-ci ildən Mançester klubunun şərəfini qoruyub.
Bu nəticədən sonra "Siti" 68 xalla yarış cədvəlində ilk 3-lüyü qapayır. Onun rəqibi isə 53 xalla 11-cı sıradadır.