Futbol üzrə İngiltərə Liqa Kubokunun final oyununda “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəlib.
Matç Londonda, “Uembli” stadionunda keçirilib.
Əsas və əlavə olunmuş vaxt 0:0 hesabı ilə yekunlaşıb, qalib penaltilər seriyasında müəyyənləşib - 4:3. “Mançester Siti” hesabda önə çıxıb.
Beləliklə, "Mançester Siti" sayca altıncı dəfə Kubok sahibi olub və qələbələrin sayına görə ikinci yerə çıxıb.