İngiltərə Premyer Liqasının IX turunda "Mançester Siti" doğma meydanda "Brayton"a 0:1 hesabı ilə məğlub olub.
Oxu.Az xəbər verir ki, qarşılaşma Mançesterdə yerləşən "Etihad" stadionunda keçirilib.
Oyunda yeganə qolu 11-ci dəqiqədə "Brayton"un yarımmüdafiəçisi Yasin Ayari vurub.
Bu nəticədən sonra "Mançester Siti" 21 xalla turnir cədvəlinin birinci pilləsində qalıb. Eyni xala malik "Arsenal" ikinci, 19 xalı olan "Brayton" isə üçüncü yerdə qərarlaşıb. Qeyd edək ki, "Arsenal"ın ehtiyatda bir oyunu var.
Növbəti turda "Mançester Siti" noyabrın 7-də səfərdə "Nottingem Forest"lə, "Brayton" isə noyabrın 8-də doğma meydanda "Brentford"la qarşılaşacaq.