"Mançester Yunayted" qapıçısı Tom Hitona yeni müqavilə təklif etməsi gözlənilir.
Oxu.Az xəbər verir ki, rəhbərlik 38 yaşlı qolkiperə sözləşmə təklif edib. Hiton "Mançester Yunayted" akademiyasının yetirməsidir. O, 2024/25 mövsümündə yalnız İngiltərə Kubokunun bir matçında iştirak edib.
Ruben Amorimin rəhbərlik etdiyi kollektiv 42 xal toplayaraq turnir cədvəlində 15-ci pillədə qərarlaşdı.