Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Mançester Yunayted" Altay Bayındırın müqaviləsini yeniləməyəcək
"Mançester Yunayted"in qapıçısı Altay Bayındır komandadan ayrıla bilər.
Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü gələn yay satılacaq.
"Qırmızı şeytanlar"ın rəhbərliyi start heyətində yer almaq üçün Onana ilə rəqabət apara biləcək daha bir qapıçı ilə müqavilə imzalamağı planlaşdırır.
Altay Bayındır bu mövsüm "Mançester Yunayted"in heyətində 9 oyun keçirib və 18 qol buraxıb.
"Transfermarkt" 27 yaşlı qolkiperin dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
"Mançester Yunayted FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar