Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı
İngiltərənin “Mançester Yunayted” komandası baş məşqçi Erik ten Haq barədə tənqidi xəbərlərə görə bəzi jurnalistləri mətbuat konfransına buraxmayıb.
İngiltərə mətbuatında yer alan xəbərə görə, sabah oynanılacaq “Çelsi” ilə matçdan əvvəl hollandiyalı məşqçinin keçirdiyi mətbuat konfransına “Sky Sports”, “Daily Mirror”, ESPN və MEN müxbirləri girə bilməyiblər.
“Mançester Yunayted” klubu təsdiq edib ki, bəzi xəbər təşkilatlarına qarşı tədbir görülüb. Lakin bu addım xoşagəlməz xəbərlər hazırladıqları üçün deyil, xəbərlə bağlı şərh vermək və ya etiraz etmək imkanı üçün klubla əlaqə saxlamadıqlarına görə atılıb.
“Bunun əhəmiyyətli bir prinsip olduğuna inanırıq və bu prinsipin müdafiəsi də olduqca zəruridir. Ümid edirik ki, bu, bizim birlikdə işləməyimizin yenidən nizamlanmasına gətirib çıxaracaq”, - deyə klubun verdiyi açıqlamada qeyd edilib.
Mənbə: Haber Global
"Çelsi FK" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Çelsi" son saniyə qolu ilə uduzdu
- "Çelsi" Ceydon Sançonun transfer hüquqlarına yiyələnmək istəyir
- İngiltərə "Çelsi"nin satışından əldə etdiyi vəsaiti Ukraynaya köçürəcək?
- "Çelsi"nin sabiq futbolçusu karyerasını Braziliyada davam etdirəcək
- UEFA Konfrans Liqası: "Çelsi"dən darmadağın, "Başakşəhər"dən heç-heçə
Rəylər