İngiltərə Premyer Liqasının 25-ci turunun “Lester” – “Mançester Yunayted” oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 9-cu dəqiqəsində Markus Raşford fərqlənib.
Onu da bildirək ki, bu oyunda hakim futbolçulara səkkiz sarı vərəqə göstərib. Onların yarısı meydan sahiblərinə, digərləri isə qonaqlara göstərilib.