"Mançester Yunayted" "Vulverhempton"un hücumçusu Mateus Kunyayla razılığa gəldiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, 26 yaşlı futbolçunun sənəd məsələləri həll olunduqdan sonra "qırmızı şeytanlar"la müqavilə imzalayacağı bildirilir.
Kunya 2023-cü ildən "Vulverhempton"da çıxış edir. Keçən mövsümdə o, bütün yarışlarda 36 oyun keçirərək 17 qol vurub və altı məhsuldar ötürmə edib.