İngiltərənin “Mançester Yunayted” futbol klubu təlim-məşq toplantısı üçün məskunlaşdığı İspaniyanın Marbelya şəhərindəki hoteli koronavirus səbəbindən tərk edib.
Bu barədə “Daily Mail” xəbər verib.
Bildirilir ki, daha öncə Marbelya şəhərində yerləşən həmin hoteldə Çinin “Dalyan İfan” klubunun oyunçuları qalıb.
Çin klubu təmsil etdiyi şəhərin adını daşıyır. Şəhərdə min nəfərə yaxın insan koronavirusun qurbanı olub.