Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Mançester Yunayted" Ruben Amorimlə də yolları ayırır
"Mançester Yunayted" baş məşqçi Ruben Amorimlə yollarını ayıra bilər.
Oxu.Az İngiltərənin "Mirror" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyinin portuqaliyalı mütəxəssisə etimadı qalmayıb.
Ötən ilin noyabrından "qırmızı şeytanlar"a rəhbərlik edən 40 yaşlı məşqçi heç cür komandanı çətin vəziyyətdən çıxara bilməyib. İngiltərə Premyer Liqasının son turunda "Tottenhem"ə (0:1) məğlubiyyət rəhbərliyin səbir kasasını daşdırıb. "Mançester Yunayted" Amorimin rəhbərliyi ilə 21 oyunda 10 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb və 9 qarşılaşmada uduzub.
Qeyd edək ki, "Mançester Yunayted" 25 oyundan sonra 29 xalla 15-ci pillədə qərarlaşıb. Mançester təmsilçisi Ruben Amorimin təyinatı üçün "Sportinq"ə 11 milyon avro təzminat ödəyib.
Xatırladaq ki, Ruben Amorim niderlandlı çalışdırıcı Erik Ten Haqı əvəzləmişdi.