Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakı Metropolitenində yüksək vəzifəyə TƏYİNAT
Bakı Metropolitenində yüksək vəzifəyə təyinat olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, İnarə Vəliyeva "Bakı Metropoliteni" QSC-nin sədr müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İnarə Vəliyeva bu təyinata qədər 2023-cü ildən Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsini icra edib.
İnarə Vəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
Aləmdə Nəsib
"Yeni təyinat" teqi üzrə xəbərlər
Ən çox oxunanlar