Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Mançester Yunayted" və "Çelsi" qalibi müəyyən edə bilmədilər
İngiltərə Premyer Liqasının 10-cu turunda "Mançester Yunayted" "Çelsi"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, "Old Trafford" stadionunda baş tutan matç 1:1 hesabı ilə başa çatıb
İlk hissədə komandalar bir-birinə qol vura bilməyiblər. 70-ci dəqiqədə "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş penalti ilə fərqlənib. "Çelsi"nin yarımmüdafiəçisi Moyses Kaysedo 75-ci dəqiqədə hesabı bərabərləşdirib.
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 13-cü yerdədir. Komanda 10 görüşdə 12 xal toplayıb. "Çelsi" 18 xalla dördüncü yerdədir. Turnir cədvəlinə 25 xalla "Liverpul" başçılıq edir.