Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Mançester Yunayted" yenidən baş məşqçi axtarışlarına başladı
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim vəziyyəti düzəldə bilməsə və komandanın nəticələri yaxşılaşmasa, istefaya göndərilə bilər.
Oxu.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi portuqaliyalı mütəxəssisi əvəz edə biləcək 3 namizəd müəyyənləşdirib. "Mançester Yunayted" Massimiliano Alleqrini, Xulen Lopeteqi və Yoahim Lövü hədəfə alıb.
Amorimin "Sportinq"dən gəlişindən bu yana "qırmızı şeytanlar" keçirdiyi 24 oyundan 11-də qalib gəlib, 3-də heç-heçə edib və 10-da məğlub olub və hazırda Premyer Liqa cədvəlində 14-cü yerdədir.
"Oktyabr ayında Erik ten Haqın qovulması oyuna çox az təsir etdi və Amorimin 3-4-3 sxeminə sadiq qalması son aylarda ciddi tənqidlərə səbəb olub", - mənbə bildirib.
"Mançester Yunayted FK" teqi üzrə xəbərlər
- Viktor Lindelof səkkiz il sonra "Mançester Yunayted"dən ayrılır
- "Mançester Yunayted" azarkeşlərini itirmək təhlükəsi ilə üz-üzədir
- "Arsenal" Osimhen üçün "Mançester Yunayted"lə mübarizə aparmağa hazırdır
- "Mançester Yunayted" İngiltərə Kubokunda yarışı dayandırdı
- Karlos Kazemiro İngiltərə klubundan ayrılmaq istəmir