İngiltərə Premyer Liqasında III tur davam edir.
Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Nottinqem Forest” üzərində əzmkar qələbə qazanıb.
İlk dörd dəqiqə ərzində iki top buraxan “qırmızı şeytanlar” geri dönüş etməyi bacarıblar. 17-ci dəqiqədə Kristian Eriksen fərqi azaldıb. 52-ci dəqiqədə Kazemiro bərabərliyi təmin edib. 67-ci dəqiqədə “Nottinqem Forest”in heyətində Co Uorrol qırmızı vərəqə ilə meydandan qovulub. 76-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Brunu Fernandeş “mankunyanlar”a qələbə qazandırıb - 3:2.
“Mançester Yunayted” altı xalla beşinci, “Nottinqem Forest” üç xalla 14-cüdür.
Faiq Tahirov