Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Mançester Yunayted”dən qələbə, “Liverpul” liderlik şansını əldən verdi - VİDEO
İngiltərə Premyer Liqasında növbəti turun oyunları baş tutub.
Oxu.Az xəbər verir ki, çempionatın iddialı komandalarından “Nyukasl” səfərdə “Kristal Pelas”a uduzub - 2:0.
“Mançester Yunayted” doğma meydanda “Şeffild” üzərində inamlı qələbə qazanıb. Bruno Fernandes dublla yadda qalıb - 4:2.
“Liverpul” isə mersisayd derbisində “Everton”a məğlub olub - 2:0. Bununla da Yurgen Klopun yetirmələri turnir cədvəlində ilk pilləyə qayıtmaq şanslarını əldən veriblər.
Hazırda “Liverpul” 74 xalla ikinci, “Mançester Yunayted” 53 xalla altıncı, “Nyukasl” isə 50 xalla yeddincidir. Çempionata 77 xalla “Arsenal” başçılıq edir.