“Fənərbağça” “Mançester Yunayted”in braziliyalı ulduzu Fredin transferi üçün prinsipial razılığa gəlib.
İtaliyalı jurnalist Fabrizio Romanonun xəbərinə görə, braziliyalı “Fənər”in təklifini qəbul edib.
O, sağlamlıq müayinəsindən keçmək üçün İstanbula gələcək.
Xatırladaq ki, 2018-ci ildə 59 milyon avroya “Şaxtyor”dan “Mançester Yunayted”ə keçən 30 yaşlı futbolçunun müqaviləsi gələn mövsüm başa çatır. Fred 5 mövsümdə “Mançester Yunayted”in heyətində 213 oyun keçirib, 14 qol və 19 məhsuldar ötürmə edib.
19:20
Fred “Mançester Yunayted”dən “Qalatasaray” və “Fənərbağça”ya keçə bilər.
Tanınmış jurnalist Fabrizio Romanonun sözlərinə görə, “sarı-lacivərdli” klub yarımmüdafiəçini 15 milyon avroya transfer etmək üçün təklif göndərib. Bu məbləğə bonus ödənişləri daxildir.
Həmçinin, “Fənər” “Yunayted” və futbolçunun özü ilə danışıqları davam etdirir.
Futbolçu uğrunda mübarizəyə digər bir İstanbul klubu “Qalatasaray” yenidən qoşulub.
Xatırladaq ki, Türkiyə klubu bu yaxınlarda “Yunayted”ə təklif göndərsə də, ingilislər məbləğin azlığından təklifi rədd ediblər.
Məlumata görə, “Aslanlar” “Fənərbağça”nın rəsmi təklifindən sonra Fredin ətrafı ilə əlaqə saxlayıblar.
Qeyd edək ki, Fred 2018-ci ildən “Mançester Yunayted”də çıxış edir. 2022/23 Premyer Liqa mövsümündə o, 35 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.