Azərbaycanlı gimnast Marina Durunda Avropa Oyunlarının gümüş medalını qazanıb.
Oxu.Az xəbər verir ki, o, finalda lentlə uğurla çıxış edib.
18,200 bal toplayan Marina, 2-ci yerdə qərarlaşıb. Onu yalnız rusiyalı Yana Kudryavtseva qabaqlaya bilib.
Bundan əvvəl Marina halqa ilə 5-ci, top ilə 6-cı olmuşdu.
Azərbaycan yığmasının hesabında 14 qızıl, 7 gümüş və 14 bürünc medal var.
F.H.
www.oxu.az