Heydər Əliyev adına İdman arenasında qadın güləşi yarışları davam edir.
Oxu.Az xəbər verir ki, 48 kq çəki kateqoriyasında yarışan məşhur azərbaycanlı güləşçi Mariya Stadnik finalda bolqar Elitsa Yankovaya qalib gəlib və qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan yığmasının 7 qızıl, 2 gümüş və 6 bürünc medalı var.
Bir qədər sonra Natalya Sinişin (55 kq) xalı üzərinə çıxacaq və bürünc medal uğrunda mübarizə aparacaq.
F.H.
www.oxu.az