PSJ klubunun ulduzu Marko Asensio "Fənərbağça"nın təklifini geri çevirib.
Oxu.Az "Fotomaç"a istinadən xəbər verir ki, ispaniyalı futbolçu "sarı-lacivərdlər"in illik doqquz milyon avroluq təklifini bəyənmədiyi üçün geri çevirib.
Tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşsa da futbolçu son anda qərarını dəyişərək keçidə razılıq verməyib.
Qeyd edək ki, Marko Asensio bu mövsüm icarə əsasında "Aston Villa" klubunda çıxış edib.