İtaliya millisinin futbolçusu Marko Parolo oktyabrın 10-da AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyunu final adlandırıb.
“Bu asan oyun olmayacaq, - Oxu.Az “Latsio”nun yarımmüdafiçisinin sözlərindən sitat gətirir. - Azərbaycan yığması son 4 oyunda məğlub olmayıb və İtaliya millisinə qarşı 110 faiz hazırdır.
Biz qələbə qazanaraq Avropa Çempionatına vəsiqə qazanmağı çox istəyirik. Buna görə Bakıdakı oyun bizim üçün finaldır”.
Azərbaycan - İtaliya oyunu oktyabrın 10-da Bakıda Olimpiya stadionunda keçiriləcək.
F.H.
www.oxu.az