“Uilyams”ın pilotu Felipe Massa texniki reqlament qaydalarını pozduğu üçün Braziliya Qran-Prisinin yarışlarının protokolundan çıxarılıb.
Oxu.Az xəbər verir ki, yarışın finişindən üç saat sonra FİA hakimləri şinlərin temperaturuna dair reqlamenti pozduğu üçün “Uilyams”ın pilotunun səkkizinci yeri tutmasına imkan verməyəcəyini müəyyənləşdiriblər.
Startdan bir qədər sonra FİA-nın texniki nümayəndəsi Co Brauer hakimlər kollegiyasına Felipe Massanın maşınında şinlərin temperatur və təzyiqinin ölçülməsində qaydalardan kənara çıxma faktını aşkarladığı qeyd edilən sənəd göndərib, belə ki, icazə verilən 110 dərəcə əvəzinə şinlər 137 dərəcəyə qədər qızdırılıb.
Aydınlaşdırmanın yekunu olaraq, Brauerin komandasının nümayəndələrini və texniki mütəxəssisləri dinlədikdən sonra, FİA nümayəndələri F1 texniki reqlamentinin 12.5.1 maddəsinin, idman reqlamentinin 3.2 maddəsinin və Beynəlxalq idman məcəlləsinin 12.1.1 maddəsinin pozulduğunu müəyyən ediblər.
Müəyyən edilib ki, aparılan yoxlamalar Pirelli şirkətinin buraxdığı TD/029-15 direktivinə uyğundur.
Nəticə Massanın protokoldan çıxarılması olub.
Bundan sonra əlavə xalları Romen Qrojan, Maks Ferstappen və pastor Maldonado alıb.
E.Ə.
www.oxu.az