Əfsanəvi boksçu, keçmiş dünya çempionu Mayk Tayson sosial şəbəkələrdə məşhur həmyerlisi, iki çəki kateqoriyasında keçmiş dünya çempionu Evander Holifildlə şəklini paylaşıb.
“Biz dişləmə olan döyüşdən sonra çox yol qət etmişik”, - deyə Tayson yazıb.
“Mən səni sevirəm, Mayk”, - deyə Holifild cavab verib.
Xatırladaq ki, revanş görüşündə Tayson Holifildin qulağının bir hissəsini dişləmişdi.
Mənbə: gazeta.ru