Əfsanəvi Amerika boksçusu Mayk Tayson etiraf edib ki, o uşaq olduğu zaman təcavüzə məruz qalıb. O, bu barədə kütləvi informasiya vasitələrinə müsahibəsi zamanı bildirib.
“Mənim yeddi yaşım olanda mənə təcavüz ediblər. Bu, qoca kişi idi. O, məni incidib və seksual təcavüz edib. O, məni küçədə yaxaladı. Mən onda uşaq idim. Onu sonra bir daha görmədim”, - Tayson etiraf edib, Oxu.Az TASS-a istinadən xəbər verir. Boksçunun sözlərinə görə o, heç vaxt bu barədə danışmadığını bildirib. “Mən sadəcə yaşamağa davam etdim”, - keçmiş idmançı deyib. “Bilmirəm bu hadisə mənə psixoloji planda təsir edib, ya yox”, - o qeyd edib.
Tayson 1992-1995-ci illərdə təcavüzə görə həbs cəzası çəkib. 1997-ci ildə rinqdə döyüş zamanı boksçu Evander Holifildin qulağını dişləyib. 2005-ci ildə boksçu karyerasına son qoyub.
A.İ.