"Real"ın hücumçusu Kilian Mbappe İspaniya Kubokunun aprelin 26-da Sevilyada keçiriləcək "Barselona" ilə final oyununa hazır olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın "Tiempo de Juego" nəşri məlumat verib.
Mənbənin verdiyi məlumata görə, sağ topuq nahiyəsindən yüngül zədə alan Mbappenin tam sağalmasına və yenidən oyuna qayıtmasına az qalıb. Qeyd olunur ki, o, hətta "Real"ın "Xetafe" ilə aprelin 23-də qarşılaşacağı matçda da meydana çıxa bilər.
Bundan əvvəl Kilian İspaniya çempionatının 32-ci turunun "Atletik"lə matçını (1:0) buraxıb.