Kilian Mbappe Çempionlar Liqasında (ÇL) səfər qolları üzrə rekord müəyyənləşdirib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, "Real Madrid"in hücumçusu ÇL-in 1/4 final mərhələsi çərçivəsində "Bavariya" ilə cavab görüşündə (4:3) fərqlənməklə bu nailiyyətə imza atıb.
İndi fransalının aktivində cari ÇL mövsümündə səfər meydanlarında 10 qol var. Bu, turnirin (Avropa Çempionlar Kuboku da daxil olmaqla) rekordudur.
Ümumilikdə Mbappenin bu mövsüm ÇL-də 15 qolu var.