III MDB Oyunları çərçivəsində Qəbələ şəhər stadionunda keçirilən futbol üzrə yarışlarda daha iki görüş baş tutub.
Oxu.Az xəbər verir ki, beşinci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.
Matç Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistana qalib gəlib - 2:0.
Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.
Rusiya Azərbaycanda keçirilən III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qadınlar arasında Taisia Larkina qılıncoynatmanın şpaqa növündə birinci olub.
O, finalda həmyerlisi Anastasiia Zabelinaya qalib gəlib.
Həlledici görüş Larkinanın 15:13 hesablı qələbəsi ilə yekunlaşıb.
III MDB Oyunları çərçivəsində daha bir futbol matçı keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 5-6-cı yerlər uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan görüş Özbəkistan komandasının 2:0 hesablı qələbəsi ilə nəticələnib. Bu gün bürünc medal uğrunda matçda Belarus və Tacikistan milliləri üz-üzə gələcək.
Qeyd edək ki, futbol yarışlarında oktyabrın 4-də yekun vurulacaq.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki İdman Olimpiya Kompleksində batut gimnastikası üzrə final, Yevlaxda boks üzrə yarımfinal, Xankəndidə kamandan oxatma, Gəncə İdman Sarayında qılıncoynatma, Qəbələ İdman Olimpiya Kompleksində badminton üzrə təsnifat mərhələsinin oyunları təşkil olunacaq.
Gəncə İdman Olimpiya Kompleksində güləş, Mingəçevirdə isə karate yarışlarına start veriləcək.
Gəncədə Azərbaycan və Özbəkistan voleybol milliləri, Qəbələdə Özbəkistan və Qırğızıstanın futbol yığmaları üz-üzə gələcək.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.