Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Məhkəmədən Fatih Terim haqqında qərar: Zorla gətiriləcək
Yüksək gəlir vədi ilə Fatih Terim, Arda Turan, Fernando Muslera və Emre Belözoğlu kimi şəxsləri aldatdığı iddia edilən Seçil Erzanın məhkəmə işi davam edir.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, keçmiş bank filialı müdiri barədə cinayət işində Fatih Terim şikayətçi qismində çıxış edir.
Bugünlərdə Bodrum 2-ci Ağır Cinayət Məhkəməsində işlə tanışlıq iclası keçirilib. Şikayətçi tərəflərdən biri olan Fatih Terim səhhəti ilə bağlı və xaricdə olduğu üçün iclasda iştirak etməyib.
Belə olduqda, müttəhim tərəfi Terimin əsaslandırılmış səbəblərinin araşdırılmasını tələb edib. Bununla bağlı məhkəmə futbol mütəxəssisi haqqında məcburi gətirilmə qərarı çıxarıb və iclası 15 aprel tarixinə təxirə salıb.