Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında idman gimnastikası üzrə kişilər arasında fərdi çoxnövçülükdə qalib gələn gimnastların mükafatlandırma mərasimində iştirak edib.
Oxu.Az xəbər verir ki, bu yarışda birinci yeri Ukrayna idmançısı Oleq Vernyayev tutub (90,332).
Azərbaycan təmsilçisi Oleq Stepko 89,065 bal toplayaraq Oyunların gümüş mükafatçısı olub.
Üçüncü yerdə isə Rusiya idmançısı Nikita İqnatyev qərarlaşıb.