Braziliyanın Natal şəhərinin “Estadio das Dunas stadionunda” Meksika və Kamerun yığmaları arasında “A” qrupunun ikinci oyunu baş tutdu.
Oxu.Az xəbər verir ki, havanın yağışlı olmasına baxmayaraq oyun çox maraqlı alındı.
Birinci hissədə Dos Santos 11-ci və 28-ci dəqiqələrdə Kamerun yığmasının qapısına iki qol vurdu. Lakin kolumbiyalı referi hər iki dəfə “oyundan kənar vəziyyət” qeydə aldı. Təkrarda hakimlərin səhv etdiyi açıq-aşkar görünürdü.
İkinci hissə də meksikalıların üstünlüyü ilə keçdi. Bunun məntiqi nəticəsi kimi 61-ci dəqiqədə Peralta oyunda hesabı açdı.
Bu qol həmçinin oyunun nəticəsinin də müəyyən etdi. Meksika yığması minimal hesabla qələbə qazandı.
Samuel Eto'o heç nə ilə yadda qalmadı.
Meksika 1:0 Kamerun.