Moskva “Spartak”ının və Rusiya yığmasının keçmiş müdafiəçisi Ramiz Məmmədov Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq “Qəbələ” və “Borussiya” oyununa şərh verib, Oxu.Az euro-football.ru-ya istinadən xəbər verir.
““Borussiya” - bizim klublarımızın bu mövsüm ən güclü rəqibidir. Azərkeş amili bu oyunda ən vacib elementlərdən biri olmalıdır. “Qəbələ” almanlara məğlub olmaya bilər. Əvvəllər Azərbaycanı futbol ölkəsi kimi qəbul etmirdilər, bizə banan respublikası kimi baxırdılar. O günlər arxadadır. Milli futbolun səviyyəsi qalxıb”, - Məmmədov bildirib.
Xatırladaq ki, “Qəbələ” - “Borussiya” matçı bu gün saat 20:00-da başlayacaq.