ABŞ-ın Seynt Luis şəhərində şahmat üzrə Sinkfild Kuboku (Sinquefield Cup) superturnirinin III turu keçirilib.
Oxu.Az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ağ fiqurlarla amerikalı Fabiano Karuana ilə heç-heçə edib.
İlk üç turdan sonra Şəhriyar iki xal toplayıb və Ermənistan şahmatçısı Levon Aronyan, rusiyalı Aleksandr Qrişuk və norveçli Maqnus Karlsenlə birgə liderlər cərgəsindədir.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov IV turda yenə ağ fiqurlarla oynayacaq. Onun budəfəki rəqibi Levon Aronyan olacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər