Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Sankt-Peterburqda keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, yarışın son günündə üç qələbə və iki heç-heçəyə imza atan Ş. Məmmədyarov xallarını 10,5-ə çatdırıb.
Rusiyalı Daniel Dubov dünya çempionu olub, amerikalı Hikaru Nakamura isə bürünc mükafata sahiblənib.
Qeyd edək ki, dünya şahmat tacının sahibi norveçli Maqnus Karlsen rapid növündə beşinci yer tutub.